NASA dörd şirketlə müqavile bağladı
Amerika Aerokosmik Agentliyi (NASA) Aydan torpaq nümunəsi almaq üçün dörd şirkətlə müqavilə bağladı.

Bu barədə BBC məlumat yayıb. Bildirib ki: NASA torpaq nümunesindən 2024-cü ilə qədər Aya bir qadın və bir kişi astronavt göndərməyi planlaşdıran Artemis proqramı çərçivəsində istifadə edəcək. BBC-nin açıqlamasında qeyd edilib ki, NASA yerdənkənar mənbələrin çıxarılması, satışı və istifadəsi məqsədiylə bir fəaliyyət proqramı hazırlayır. Müqavilə bağalanan şirkətlər nümunələri topladıqlarını əyani dəlillər və məlumatlar ilə açıqladıqdan sonra materyal NASA-ya göndəriləcək.
Qeyd edək ki, Robot texnoloji şirkəti Lunar Outpost torpaq nümunesini Ayın Cənub Qütbündən toplamağı planlaşdırır. Bu məqsədlə Lunar Outpost-un 2023-cü ildə Aya reallaşdırmağı planlaşdırdığı səyahət ilə bağlı Blue Origin və digər kosmik tədqiqat şirkətlərlə danışıqlar aparır.
Әlaqәli Xәbәrlәr

Fransada qol və çiyin transplantasiya əməliyyatı
Fransada qol və çiyin transplantasiya əməliyyatı uğurla reallaşdırılıb