Şimali Kıbrıs Türk Cümhuriyyətinin yerli avtomobili "GÜNSEL"-in  sınaq sürüşü başlayıb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin yerli və elektrikli avtomobili "GÜNSEL"-in ilk modeli "B9"-un test sürüşü həftənin əvvəlindən bəridir davam edir.

1526609
Şimali Kıbrıs Türk Cümhuriyyətinin yerli avtomobili "GÜNSEL"-in  sınaq sürüşü başlayıb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin yerli avtomobili "GÜNSEL"-in  sınaq sürüşü başlayıb.
Yaxın Şərq Universiteti (YDÜ) tədqiqat və inkişaf (AR-GE) qrupları və Avtomobil Mühəndisliyi Bölümü tərəfindən uzun illər davam edən fəaliyyətlər nəticəsi olaraq ortaya çıxan, fevral 2020-ci il tarixdə tanıdılan ölkənin yerli və elektrikli avtomobili "GÜNSEL"-in ilk modeli "B9"-un test sürüşü həftənin əvvəlindən bəridir davam edir.
Qonaqlar "GÜNSEL"-in Yaxın Şərq Universiteti şəhərciyində GÜNSEL İstehsalat Təsislərinin sürüş sahəsində avtomobili test edirlər.
Yaxın Şərq Universiteti İdarə Heyətinin sədri Prof. Dr. İrfan Suat Günsel "GÜNSEL"-in Şimali Kıbrıs Türk Cümhuriyyəti, Türkiyə və Türk Dünyasının dünyaya açılan qapı olacağını söyləyib.
Günsel "10 ildir bu layihə üzərində çalışırıq. 160 Türk mühəndis və dizayner həyəcan və həvəslə "GÜNSEL"-i istehsal etmək üçün gecə-gündüz işlədi. Hazırda 3 prototipimiz hazırdır, həyəcanlıyıq" deyib.
"GÜNSEL"-in test sürüşləri 18-21 noyabr tarixlərində İstanbulda keçiriləcək "MÜSİAD EXPO 2020" ticarət sərgisində də keçiriləcək.



Әlaqәli Xәbәrlәr