"TEKNOFEST"də müsabiqələr keçən illə müqayisədə daha çox iştirakla keçirilir

Sənaye və Texnologiya naziri Mustafa Varank "TEKNOFEST"in "Covid-19" pandemiyası şərtlərinə baxmayaraq bütün coşğusu ilə davam edəcəyini bildirib.

1495826
"TEKNOFEST"də müsabiqələr keçən illə müqayisədə daha çox iştirakla keçirilir

Sənaye və Texnologiya naziri Mustafa Varank "TEKNOFEST"in "Covid-19" pandemiyası şərtlərinə baxmayaraq bütün coşğusu ilə davam edəcəyini və festivalın ən əhəmiyyətli hissələrindən biri olan yarışmaların keçən illə müqayisədə daha çox iştirakla keçirildiyini bildirib.
Mustafa Varank sentyabrın 24-də Gaziantepdə başlayacaq və 27 sentyabr tarixinə qədər davam edəcək "TEKNOFEST" barədə bəyanat verib.
Bu il "TEKNOFEST"in roketdən pilotsuz uçuş aparatına, təhsildən əkinçilik texnologiyalarına, model peykdən uçan maşına qədər 21 fərqli kateqoriyada yarışmalara ev sahibliyi edəcəyini bildirən Varank "Covid-19" epidemiyasının şərtlərinə baxmayaraq, ölkə daxilindən və xaricindən xeyli tələb olduğunu söyləyib.
Yarışlar üçün 81 vilayətdən və 84 ölkədən müraciətlərin gəldiyini bildirən Varank 20 min 197 komanda və 100 mindən çox gəncin "TEKNOFEST"də yerlərini almaq üçün müraciət etdiklərini bildirib.
Varank "TEKNOFEST"in xaricdə də böyük maraq doğurduğunu və bu marağın sərhədləri ötdüyünü söyləyib.



Әlaqәli Xәbәrlәr