Dünya böyük bir radioaktiv buluddan keçir

Planetimiz Dünya 33 min ildir partlayan bir ulduzun geridə qoyduğu böyük bir radioaktiv buluddan keçir.

1479578
Dünya böyük bir radioaktiv buluddan keçir

Planetimiz Dünya 33 min ildir partlayan bir ulduzun geridə qoyduğu böyük bir radioaktiv buluddan keçir.
"ScienceAlert"in hesabatına görə, Avstraliya Milli Universitetinin apardığı araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Elm xadimlərinin iki fərqli bölgədən götürdüyü 33 min illik dərin dəniz çöküntüləri üzərində apardıqları araşdırmada dəmir-60 izotopunun aydın izləri aşkar edilib.
Bu kəşfin son 33 min ildir kosmosun ifrat yeni ulduzda yaranan bu nadir izotopun "toxumlarını səpdiyi" mənası daşıdığı ifadə edilib.
Dəmir-60 izotopunun ulduzların işığı söndükdə yeni ulduz partlayışlarında yarandığına inanılır. 
Radioaktiv olan bu izotop 15 milyon il ərzində tamamilə çürüyür.
Astronomlar bir neçə il əvvəl də dəmir-60 izotopunun Yer kürəsindəki kosmosda aşkarlandığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr