"Bayraktar AKINCI TİHA" ikinci uçuş sınağını müvəffəqiyyətlə tamamladı

"BAYKAR" şirkəti tərəfindən yerli və milli imkanlarla buraxılan "Bayraktar AKINCI TİHA"-nın (Pilotsuz hücum uçuş aparatı) ikinci  prototipi ikinci uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.

1476262
"Bayraktar AKINCI TİHA" ikinci uçuş sınağını müvəffəqiyyətlə tamamladı

"BAYKAR" şirkəti tərəfindən yerli və milli imkanlarla buraxılan "Bayraktar AKINCI TİHA"-nın (Pilotsuz hücum uçuş aparatı) ikinci  prototipi Çorlu Hava Meydanı Komandanlığında yerləşən Bayraktar AKINCI Uçuş və Təlim Mərkəzində həyata keçirilən ikinci uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.
Şirkəkin verdiyi açıqlamaya görə, "Bayraktar AKINCI TİHA"-nın ikinci prototipi Baykar Texniki müdir  Selçuk Bayraktarın rəhbərliyi ilə keçirilən sınaq uçuşu zamanı orta hesabla 20 min fut (təxminən 6.1 km) yüksəklikdə 2 saat 26 dəqiqə havada qalıb.
Havadakı sınaqlardan sonra uçuş zolağına enən "Bayraktar AKINCI TİHA"-nın ikinci prototipinin ikinci və cəmi dördüncü uçuş sınağı uğurla başa çatıb.
Qeyd edək ki, "Bayraktar AKINCI TİHA" ilk prototipi ilə uçuşunu 6 dekabr 2019-cu ildə ilk uçuşunu reallaşdırıb.
Sınaq uçuşu zamanı 16 dəqiqəl havada qalan "Bayraktar AKINCI" 10 yanvar 2020-də Sistem Təsdiqləmə Testi üçün də 1 saat 6 dəqiqə uçuş  reallaşdırıb.
İlin sonuna təslim edilməsi hədəflənən "Bayraktar AKINCI TİHA" layihəsinin üçüncü prototipinin inteqrasiya prosesi 
 "Baykar Milli SİHA" Ar-Ge (Araydırma-inkişaf etdirmə) və istehsal mərkəzində davam edir.
Üçüncü prototip də inteqrasiya tamamlandıqdan sonra sınaq uçuşları yerinə yetirmək üçün Çorlu Hava Liman Komandanlığına göndəriləcək.



Әlaqәli Xәbәrlәr