Türkiyənin yeddi şirkəti dünyanın ən iri 100 silah istehsalçısı reytinqində

Dünyanın ən etibarlı müdafiə sənayesi siyahısı qəbul edilən “Defense News” nəşrindəki Türk şirkəti sayı 7-yə çıxıb.

1474433
Türkiyənin yeddi şirkəti dünyanın ən iri 100 silah istehsalçısı reytinqində

Prezident Aparatı Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir dünyanın ən etibarlı müdafiə sənayesi siyahısı qəbul edilən “Defense News” nəşrindəki Türk şirkəti sayının 7-yə çıxdığını bildirib.

Dəmir "Twitter" hesabından verdiyi açıqlamada bildirib ki, siyahıya Türkiyənin ASELSAN, TUSAŞ, BMC, ROKETSAN, STM, FNSS və HAVELSAN şirkətləri daxil olub.

ASELSAN reytinqdə 52-ci yerdə qərarlaşıb. 2006-cı ildə Türkiyə silah sənayesinin flaqmanı 93-cü mövqedə idi. 2019-cu ildə şirkətin dövriyyəsi ötən illə müqayisədə 21 faiz artaraq 2,172 milyard dollara çatıb.

Şirkət dövlət sifarişləri ilə yanaşı, öz məhsulunu xarici bazara da çıxarır. ASELSAN eyni zamanda, mülki sektora da daxil olub. Onun fəaliyyət sahəsini əlaqə və informasiya texnologiyaları, mikroelektronika, radar və hərbi elektron sistemləri, müdafiə, nəqliyyat, təhlükəsizlik və energetika texnologiyaları əhatə edir.

Bundan başqa yük maşınları, avtobuslar və zirehli maşınlar istehsal edən BMC kompaniyası 89-cu, ROKETSAN kompaniyası 91-ci, STM kompaniyası isə 92-ci sıranı tutub.

Həmçinin Türkiyənin HAVELSAN və hərbi texnika istehsalçısı FNSS kompaniyaları ilk dəfə reytinqə daxil olub. Bütün şirkətlərimizi təbrik edirəm".



Әlaqәli Xәbәrlәr