"Starship" kosmik gəmisinin alovlandırma sistemi sınaqdan keçib
"SpaceX" Ay və Mars kosmik ekspedisiyaları üçün hazırladığı Starship kosmik gəmisinin alovlandırma sistemini sınaqdan keçirib.
Amerikanın raket və kosmik gəmi istehsalçısı "SpaceX" Ay və Mars kosmik ekspedisiyaları üçün hazırladığı "Starship" kosmik gəmisinin alovlandırma sistemini sınaqdan keçirib.
Şirkətin Texas ştatının Brownville şəhərindəki sınaq platformasından havaya buraxılan kosmik gəmi yerdən 150 metr məsafəyə qalxaraq yenidən platformaya qayıtmağı bacarıb. Əsas raket sınağının ikinci mərhələsi olaraq planlaşdırılan alovlandırma sistemi, heyət və yük daşıyan “Starship” kapsullarını kosmosda hərkətə gətirmək üçün istifadə olunacaq. Alovlandırma sisteminin daha əvvəlki sınaqları, kosmik gəminin havaya qalxmadan platformada partlaması ilə nəticələnmişdi.
Әlaqәli Xәbәrlәr
Piylənmə riskini 6 dəfə artıran 2 yeni variant tapıldı
Tədqiqatın müəlliflərindən olan professor Cayls Yeo (Giles Yeo) “Time” müsahibəsində deyib ...