Trampın ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyi

ABŞ prezidenti Donald Tramp ölkəsində Çinin “TikTok” sosial şəbəkəsinin işinə qadağa qoymaq niyyətində olduğunu bildirib.

1465450
Trampın ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyi

ABŞ prezidenti Donald Tramp ölkəsində Çinin “TikTok” sosial şəbəkəsinin işinə qadağa qoymaq niyyətində olduğunu bildirib.

Tramp bu barədə məlumatı Floridadan Vaşinqtona gedərkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə verib.

“TikTok” mövzusuna qarşı tədbirləri uzun müddətdir düşündüklərini vurğulayan Tramp "Biz onun işini ABŞ-da qadağan edirik" deyib.

Məlumata görə, Tramp bunun üçün müvafiq sərəncam imzalaya və ya təcili iqtisadi səlahiyyətlərindən istifadə edə biləcəyini bildirib.

2018-ci ildə Çinin “ByteDance” şirkətinin qurduğu “TikTok” proqramı qısametrajlı videoçarxların yaradılması və paylaşılması servisidir.



Әlaqәli Xәbәrlәr