"Koronavirusa qarşı 25 namizəd peyvənd insan sınaqları mərhələsindədir"

Ümumdünya Səhiyyə Təşkilatı Koronavirusa qarşı 25 namizəd peyvəndinin insan sınaqları mərhələsində olduğunu bildirib.

1465299
"Koronavirusa qarşı 25 namizəd peyvənd insan sınaqları mərhələsindədir"

Ümumdünya Səhiyyə Təşkilatı missiyasının rəhbəri David Novillo Ortiz  Azərbaycanda səfərdə olub.

O söyləyib ki, hazırda koronavirusa qarşı hazırlanma mərhələsində 265 namizəd peyvənd var. Bu peyvəndlərdən bəziləri 1-ci və 2-ci mərhələdədir. Onlar növbəti aylarda 3-cü mərhələyə keçəcək. Rusiyanın da namizəd peyvəndi barədə məlumatlıyıq. Nə qədər çox namizəd peyvənd olsa, uğur qazanmaq şansı o qədər çoxdur. Hazırda isə uğur qazanmaq səviyyəsi 10% civarındadır. ÜST peyvəndlər və digər vasitələr üçün qlobal çərçivə hazırlayıb.

Onun bildirdiyinə görə, koronavirusa qarşı qınaq mərhələsində olan 25 namizəd peyvənd artıq insan sınaqları mərhələsindədir.  Peyvəndlərin 3-cü və 4-cü mərhələyə keçməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr