NASA “Ceyms Webb”in uçuşunu yenə təxirə saldı

NASA-dan yayılan məlumatda bildirilir

1457388
NASA “Ceyms Webb”in uçuşunu yenə təxirə saldı

 

  Amerika Havaçılıq və Kosmos İdarəsi - NASA “Hubble” kosmik teleskopunun xələfi olması planlanan yeni nəsil “Ceyms Webb” kosmik teleskopunun uçuşunu yenə təxirə saldı.

  NASA-dan yayılan məlumatda bildirilir: “2021-ci ilin martında fəzaya buraxılması planlanan kosmik gəminin uçuşu 31 oktyabr 2021-ci ildə həyata keçiriləcək”.

  Qeyd edək ki, 2019-cu ildə edilməsi planlanan uçuş bəzi texniki problemlərə görə 2021-ci ilin martına təxirə salınmışdı.

  “Ceyms Webb” teleskopu malik sahib olduğu yüksək inkişaflı optik təchizatları sayəsində kainatın təxminən 13,7 milyard il əvvəl meydana gəlməsinə səbəb olan "Böyük partlayış"dan (Big Bang) 200 milyon il sonrakı halını araşdıra biləcək.



Әlaqәli Xәbәrlәr