“Covid-19”dan sağalanlara virus yenidən bulaşa bilərmi?

Müalicəsi tamamlanan və yaxşılaşan xəstələrə bu virusun yenidən bulaşıb-bulaşmayacağı ilə bağlı suala təşkilatın “Covid-19”a qarşı mübarizə qrupunun rəhbəri Maria Van Kerxove Sarsit korona virusu və qripdən misal çəkərək belə cavab verib...

1457224
“Covid-19”dan sağalanlara virus yenidən bulaşa bilərmi?

 

  Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərindəki mərkəzində videokonfrans yoluyla mətbuat konfransı təşkil edilib.

  Müalicəsi tamamlanan və yaxşılaşan xəstələrə bu virusun yenidən bulaşıb-bulaşmayacağı ilə bağlı suala təşkilatın “Covid-19”a qarşı mübarizə qrupunun rəhbəri Maria Van Kerxove Sarsit korona virusu və qripdən misal çəkərək belə cavab verib: “Əvvəllər Sarsit korona virusuna tutulanlarda xəstəliyə qarşı antikor istifadə edildiyi üçün bu xəstələr 12 ay və ya daha çox müddət virusa qarşı immunitet qazanırdı. Normal qripdə isə immunitet müddəti daha qısadır. "Covid-19”un bir adama ikinci dəfə bulaşıb-bulaşmayacağına dair tam bir cavabımız yoxdur. Ancaq bunu söyləyə bilərəm ki, hal-hazırda bu mövzu ilə bağlı bütün dünyada fəal ortaq bir araşdırma aparılır."



Әlaqәli Xәbәrlәr