Türkiyə ilk yerli və milli peyki - Türksat 6A-nı kosmosa göndərəcək

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilk yerli və milli peyk Türksat 6A-nın 2022-ci ildə kosmosa göndəriləcəyini bildirdi

1455617
Türkiyə ilk yerli və milli peyki - Türksat 6A-nı kosmosa göndərəcək

 

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilk yerli və milli peyk Türksat 6A-nın 2022-ci ildə kosmosa göndəriləcəyini bildirdi.

  A.Karaismailoğlu TÜRKSAT-ın Ankaranın Gölbaşı rayonundakı 15 İyul Şəhidləri Anma Proqramında etdiyi çıxışında TÜRKSAT çalışmalarının uğurlu və fasiləsiz şəkildə davam etdirilərək peyk yayımında mühüm beynəlxalq yerə sahib olduğunu vurğulayıb.

  Rabitə peyki TÜRKSAT 5A-nın 2020-ci ilin son, TÜRKSAT 5B-nin isə 2021-ci ilin ikinci rübündə kosmosa göndərilməsini planlaşdırdıqlarını söyləyən nazir ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A-nın 2022-ci ildə kosmosa göndəriləcəyinə diqqət çəkərək deyib: “TÜRKSAT 6A-nın kainata buraxılmasıyla Türkiyə dünyada kosmosa rabitə peyki göndərən 10 ölkədən biri olacaq”.



Әlaqәli Xәbәrlәr