Hava limanlarında ilk "Covid-19" laboratoriyası Antalyada istifadəyə verilib

Yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində Türkiyədəki hava limanlarında ilk "Covid-19" laboratoriyası Antalyada istifadəyə verilib.

1446270
Hava limanlarında ilk "Covid-19" laboratoriyası Antalyada istifadəyə verilib
antalya havaalani kovid-19 lab.1.jpg
antalya havaalani kovid-19 lab..jpg

Yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində Türkiyədəki hava limanlarında ilk "Covid-19" laboratoriyası Antalyada istifadəyə verilib.
Mədəniyyət və Turizm Nazirliyi və Səhiyyə Nazirliyinin planları çərçivəsində Antalya Hava Limanında istifadəyə verilən laboratoriya yerli və xarici turistlərə xidmət göstərməyə başlayıb.
Beynəlxalq terminalda, təxminən 20 tibb işçisi, Vilayət Sağlıq Müdirliyi tərəfindən qurulan və hava yolu ilə səyahət edən sərnişinlər üçün qurulan ofis və müayinə sahələrindən ibarət laboratoriyada 24 saat növbə ilə xidmət göstəriləcək.
Bioloji nümunə bölməsində götürüləcək nümunələr laboratoriya şəraitində tədqiq ediləcək və 4-5 saat ərzində, türk və ingilis dillərində elektron poçt vasitəsilə göndəriləcək və ya sənəd kimi şəxslərə verilə biləcək. 
Həm xaricə gedəcək, həm də xaricdən Türkiyəyə gələcək olanlar bundan istifadə edə biləcəklər.
Bu arada, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin Antalya Baş Konsulluğunun Təhsil və Mədəniyyət attaşesi Mehmet Savaş Kortay laboratoriyada nümunə verən ilk şəxs olub.



Әlaqәli Xәbәrlәr