Dünyanın ən kiçik yumurta qalığı tapıldı

Tsukuba Universiteti ilə Bəşəri Fəaliyyətlər və Təbiət Muzeyi araşdırmaçılarının birgə elmi qrupu Hyoqo əyalətinin Tamba şəhərində dinozavr yumurtası qalığı aşkara çıxarıblar

1442841
Dünyanın ən kiçik yumurta qalığı tapıldı

 

  Yaponiya araşdırmaçıları 4,5 santimetr uzunluğunda və 2 santimetr enində dünyanın ən kiçik dinozavr yumurtası qalığını tapıblar.

  Tsukuba Universiteti ilə Bəşəri Fəaliyyətlər və Təbiət Muzeyi araşdırmaçılarının birgə elmi qrupu Hyoqo əyalətinin Tamba şəhərində dinozavr yumurtası qalığı aşkara çıxarıblar.

  Elmi qrupun müəyyən etdiyinə görə, geoxronoloji olaraq yüz milyon il əvvəlki erkən təbaşir (kretase) dövrünə aid Yer üzü təbəqəsində olan bu yumurta qalığı o dövrdə 10 qram ağırlığında olub.

  Teropot növü kiçik dinozavra aid olduğu bildirilən və qalıq analizində 4,5x2 olan tapıntıya "Himeoolithus murakamii" adı verilib.

  Qeyd edək ki, Monqolustan və İspaniyada qapılan qalıq yumurtaların çoxu 5x7 santimetrdir. Buna görə Yaponiyanın elmi araşdırma qrupu hesab edir ki, Tambada aşkara çıxan bu dinozavr yumurtası dünyanın ən kiçik yumurta qalığıdır.



Әlaqәli Xәbәrlәr