Günəşə bənzəyən hər 5 ulduzun orbitində Yer kürəsinə bənzər bir planet

Araşdırmanın ayrıntıları "The Astronomical Journal"da dərc olunub

1437826
Günəşə bənzəyən hər 5 ulduzun orbitində Yer kürəsinə bənzər bir planet

 

  Samanyolu qalaktikasında Günəşə bənzəyən hər 5 ulduzun orbitində Yer kürəsinə bənzər bir planetin olma ehtimalı söylənilib.

  “Science Daily” yazıb ki, 2018-ci ildə yanacağın bitməsilə işi sona çatan Kepler Kosmos Teleskopunun məlumatını toplayan Kanada “British Columbia” universitetinin astronom alimləri Samanyolunda Günəş kimi G tipli ulduzların orbitində həyat üçün əlverişli qurşaqda planetlərin ola biləcəyini izah ediblər.

  Elmi qrupun üzvü Mişel (Michelle) Kunimoto hesablamanı hər G tipli ulduz üçün 0,18 Yür kürəsinə bənzər planet üzərindən əldə etdiklərini söyləyib.

  Digər astronom Ceymi Metüz (Jaymie Matthews) isə bunları əlavə edib: “Samanyolunda 400 milyarda qədər ulduz var. Onların 7 faizi G tipi sinifinə aiddir ki, bu 6 milyarda qədər Yür kürəsinə bənzər planet deməkdir. Başqa sözlə desək, Günəşə bənzəyən hər 5 ulduzun orbitində Yer kürəsinə bənzər planetin olma ehtimalı var.”

  Araşdırmanın ayrıntıları "The Astronomical Journal"da dərc olunub.



Әlaqәli Xәbәrlәr