“Perseverance”nin kosmosa göndərilməsi təxirə salındı

NASA-dan verilən məlumatrda bildirilir...

1435377
“Perseverance”nin kosmosa göndərilməsi təxirə salındı

 

  Amerika Birləşmiş Ştatları Havaçılıq və Kosmos Agentliyi – NASA Marsa göndərməyi planlaşdırdığı səyyah kəşfiyyat gəmisi “Perseverance”nin kosmosa göndərilməsini təxirə salıb.

  NASA-dan verilən məlumatrda bildirilir: “17 iyulda fəzaya göndərilməsi planlaşdırılan kosmik gəminin Yer sistemlərində yaranan bir qəzasının aradan qaldırılmasına görə əlavə zamana ehtiyac olduğu üçün 20 iyula təxirə salınır. Səyyah kəşfiyyat gəmisi planlaşdırılan bu tarixdə “Atlas 5” raketiylə Floridadakı “Cape Canaveral” Kosmos Mərkəzindən səmaya buraxılacaq.”

  Adı "stabillik" mənasını verən “Perseverance” qırmızı planetin Cezero (Jezero) krateri səthində araşdırmalar aparılması üçün göndərilir. Kosmik gəmi 23 kamera və 2 mikrofon təchizatı ilə yanaşı "İngenuity" adlı uzaqdan əmrli kəşfiyyat vertolyotunu da Marsa aparacaq.



Әlaqәli Xәbәrlәr