"Türksat 5A" peyki 2020-ci ilin son rübündə orbitə buraxılacaq

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu  "Türksat 5A" peykinin 2020-ci ilin son rübündə orbitə buraxılacağını açıqlayıb.

1428842
"Türksat 5A" peyki 2020-ci ilin son rübündə orbitə buraxılacaq

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu  "Türksat 5A" peykinin 2020-ci ilin son rübündə orbitə buraxılacağını açıqlayıb.
Adil Karaismailoğlu peyk rabitə şirkəti "Türksat"ın Ankaranın Gölbaşı rayonundakı şəhərciyində  tədqiqat aparıb və şirkətin işləri haqqında məlumat alıb.
Karaismailoğlu açıwlamasında Türkiyənin yeni peyk işləri barədə məlumat verib.
"Türksat"ın fəaliyyətlərini fasiləsiz davam etdirdiyini vurğulayan Karaismailoğlu "Türksat 5A" bu ilin son rübündə, 2021-ci ilin ikinci rübündə isə "Türksat 5B" və 2022-ci ildə "Türksat 6A" istifadəyə veriləcəyini bildirib.
Nazir deyib ki, xəbərləşmə peyklərimiz kosmosa çatdıqda ölkəmiz digər əlavə xidmətləri ilə görüntü, səs və məlumat ünsiyyəti vasitəsilə dünyada söz sahibi olacaq. Cümhuriyyətimizin yaranmasının 100-cü ilində (2023) Türkiyə dünyada süni peyki istehsal edən 10 ölkə arasında yerini alacaq.



Әlaqәli Xәbәrlәr