D vitamini çatışmazlığı və korona virusu arasında güclü əlaqə
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya, İngiltərə, İsveçrə, İran, Cənubi Koreya və Çin xəstəxanalarından toplanan “Covid-19”dan ölüm məlumatları üzərində araşdırma aparıblar
Alimlər D vitamini çatışmazlığı ilə korona virusunun yeni növündən (Covid-19) olan ölümlər arasında güclü əlaqəni aşkar ediblər.
"Nypost.com" xəbərinə görə, ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya, İngiltərə, İsveçrə, İran, Cənubi Koreya və Çin xəstəxanalarından toplanan “Covid-19”dan ölüm məlumatları üzərində araşdırma aparıblar. Tədqiqatçılar müəyyən ediblər ki, İtaliya, İspaniya və İngiltərə kimi “Covid-19”dan daha çox ölüm hadisələrinin olduğu ölkələrin insanlarında D vitamini çatışmazlığı yüksək dərəcədədir.
Universitetin laboratoriya müdiri Vadim Bekman (Vadim Backman) bunu belə izah edib: “D vitamini çatışmazlığının “Covid-19”dan ölüm nisbətində təsirli rol oynadığını bilməyimiz vacibdir. Amma bu da var ki, hər yaşda D vitamini qəbul etdirilə bilməz. Alimlər tərəfindən araşdırılmalar yenə davam edir. Yeni terapevtik hədəflərə yönəlməliyik. Lakin həkim məsləhəti olmadan D vitamini almaq və həddindən artıq dozada qəbul etmək də olmaz, bu, başqa fəsadlara yol aça bilər.”
Әlaqәli Xәbәrlәr
Zərif fiziki təmas və depressiya
Almaniya və Hollandiya tədqiqatçıları bununla bağlı xüsusi araşdırma aparıblar