"YTB Online Media Academy" proqramı həyata keçiriləcək

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) jurnalist namizədlərinə dəstək olmaq üçün "YTB Onlayn Media Akademiyası" proqramına start verib.

1396934
"YTB Online Media Academy" proqramı həyata keçiriləcək

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) jurnalist namizədlərinə dəstək olmaq üçün "YTB Onlayn Media Akademiyası" proqramına start verib.
YTB-nin verdiyi yazılı açıqlamaya görə, təhsil proqramları yeni növ koronavirus (Covid-19) tədbirlərinin bir hissəsi olaraq evdə vaxt keçirən xaricdəki gənc vətəndaşlar üçün "Evdəqal, təhsilini evdə davam etdir" şüarı ilə davam edir.
Bu çərçivədə media sektoru ilə maraqlanan və özlərini bu sahədə inkişaf etdirmək istəyən gənclər üçün təşkil olunan "YTB Online Media Academy" proqramı ilə bu sahədə işləmək istəyən gənclərin karyerasına töhfə vermək məqsədi daşıyır.
19-23 aprel tarixləri arasında internet vasitəsilə təşkil ediləcək proqrama bir çox nəzəri və tətbiqi məzmun, xüsusən media savadlılığı, yeni media tətbiqetmələri və rəqəmsal əsrdə jurnalistika mövzuları daxil olacaqdır.
Xaricdə yaşayan Türk vətəndaşlarının, mavi kart sahibləri və ikili vətəndaşlığı olanların istifadə biləcəyi proqrama müraciət etmək üçün 01 yanvar 1990 ilə 01 yanvar 2002 tarixləri arasında anadan olmalıdır.
Namizədlərin Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belçika, İngiltərə, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, İsveçrə, Kanada, Norveç və İtaliyada yaşadıqlarını təsdiq etmələri müraciət şərtləri arasındadır.
Müraciətlər 17 apreldə başa çatacaq.
Namizədlər ətraflı məlumatı www.ytb.gov.tr ünvanı ilə əldə edə bilərlər.



Әlaqәli Xәbәrlәr