Türkiyə və Çin tibb alimləri yenidən bir araya gəldi

Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə

1396001
Türkiyə və Çin tibb alimləri yenidən bir araya gəldi

 

  Türkiyə Səhiyyə Nazirliyinin səlahiyyətliləri və Koronavirusu Elmi Şurasının üzvləri Çin mütəxəssisləri ilə video-görüş keçirib.

  Nazirlikdən verilən açıqlamaya görə, Türkiyənin tibbi heyətinin çinli həmkarları ilə bundan əvvəlki görüşü martın 26-da olmuşdu. Bu dəfə (10 aprel) heyətlər tərəfindən korona virusu tədbirləri video-konfrans yoluyla müzakirəsi aparılıb.   

  İclasa Türkiyə səhiyyə nazirinin müavini Əminə Alp Meşe sədrlik edib. Çin tərəfdən isə görüşdə xəstəliyin mənşəyi olan Vuhan şəhərində çalışmış səhiyyə işçiləri, xəstəxana rəhbərləri və əlaqədar mütəxəssis həkimlər olub.

  Qarşılıqlı söhbət şəklində keçən görüşdə korona virusunun yeni növü ilə bağlı iki ölkənin məlumat və təcrübələri paylaşılıb, xəstəliyin müalicəsi, dərman və peyvənd işləri ilə bağlı fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr