“Soyuz MS-16” kosmik gəmisi fəzaya buraxıldı

Roscosmos tərəfindən verilən məlumata görə...

1394714
“Soyuz MS-16” kosmik gəmisi fəzaya buraxıldı

 

 

  “Soyuz MS-16” kosmik gəmisi Qazaxıstandakı Baikonur Kosmik Bazasından Beynəlxalq Kosmik Stansiyaya buraxılıb.

   Rusiya kosmonavtları Anatoli İvaniş, İvan Vaqner və Amerika Birləşmiş Ştatları Aerokosmik Agentliyinin (NASA) astronavtı Kristofer Kassidini aparan “MS-16” kosmik gəmisi Rusiya vaxtı ilə 14.05-də Baikonur Kosmos Bazasından uçub.

  Elmi araşdırma qrupu uçuşdan 6 saat sonra Beynəlxalq Kosmik Stansiyaya çatmalıdır.

  Kosmik gəminin uçma anları Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) saytından canlı olaraq yayımlanıb.

  Roscosmos tərəfindən verilən məlumata görə, kosmonavtlar fəzada olacaqları 6,5 ay ərzində stansiyanın iş qabiliyyəti və avadanlıqlarına dəstək verəcək, sınaq, yük kapsulunun qəbulu və s. işlər görəcəklər.

  2019-cu ilin sentyabrından Beynəlxalq Kosmos Stansiyasında olan kosmonavt Oleq Skripoçka və NASA-nın astronavtı Cessika Meir (Jessica Meir)Endrü Moqranın (Andrew Morgan) aprelin 17-də Yerə qayıdacağı gözlənilir.

  Qeyd edək ki, NASA, Roscosmos, Avropa Kosmik Agentliyi (ESA), Kanada Kosmik Agentliyi (CSA) və Yaponiya Kosmik Tədqiqatlar Agentliyinin (JAXA) əməkdaşlığı ilə Beynəlxalq Kosmos Stansiyasında birgə kosmik tədqiqat və elmi təcrübələr aparılır.



Әlaqәli Xәbәrlәr