Almaniya alimləri təklif edir: "Məhdudiyyətlər tədricən aradan qaldırılmalıdır"
Almaniyanın bir qrup tanınmış alimi yeni növ korona virusunun (Covid-19) yayılmasının qarşısını almaq üçün gətirilən məhdudiyyətlərin tədricən aradan qaldırılmasına çağırıb.
Almaniyanın qabaqcıl iqtisadi və düşüncə mərkəzlərindən biri olan İqtisadi Tədqiqatlar İnstitutunun (İFO) prezidenti Klemens Fuest (Clemens Fuest) ilə Təbiət Elmləri və Həkimlər Cəmiyyətinin (GDNA) rəhbəri Martin Lozenin (Martin Lohse) başçılığı altında alimlər "Korona virusu pandemiyasına qarşı mübarizəni davamlı etmək üçün çevik və risklərə qarşı strategiya üçün tövsiyələr" başlıqlı elmi məruzə hazırlayıblar. Məruzə ilə Almaniyada “Covid-19”a görə qoyulan məhdudiyyətlərin tədricən qaldırılması və risklərə qarşı strategiya təklif olunur. Alimlər məhdudiyyətlərin azaldılmasının yüksək iqtisadi xərclərin azaldılmasına, axının sosial və səhiyyə problemləri yaratdığı səhiyyə sisteminə faydasının olcağaını söyləyir.
Almaniya universitet və tədqiqat institutlarından olan 14 alim bu tövsiyyə ilə ilk növbədə infeksiya riski az olan, yüksək avtomatlaşdırma fabriklərini əhatə edən sektorlarda məhdudiyyətlərin qaldırılmasını təklif edib.
GDNA prezidenti Martin Loze deyib: “Mövcud məhdudiyyətlər məntiqlidir. Baş verən hadisələrin növbəti aylarda da olacağı gözləniləndir. Amma nəticə budur ki, bizi yalnız immunitetimiz virusdan qoruya biləcəkdir. Buna görə risklərə qarşı çevik bir strategiyaya da ehtiyacımız var. Ümumi bağlama uzunmüddətli həll deyil”.
İFO-nun rəhbəri Klemens Fuest də bu sözləri vurğulayıb: “Xalqın sağlamlığı və sabit iqtisadiyyat qarşılıqlı tənzimlənməlidir. Çünki ikisi bir-birindən qarşılıqlı asılıdır. Virusun nəzarətsiz yayılması ilə müsbət iqtisadi inkişaf mümkün olmur, fəaliyyət göstərən iqtisadiyyat da olmasa, səhiyyə sisteminin səmərəliliyi təmin edilə bilməz."
Köln Universiteti Tibb fakültəsinin müəllimi Kristian Vupen (Christiane Woopen) də belə deyib: “Şəxsi və ictimai həyatda geniş məhdudiyyətləri aradan qaldırmaq üçün hansı addımların atılacağını planlaşdırarkən insan faktoru mərkəzdə olmalıdır. Sağlıq, iqtisadi və sosial risklər nəzərə alınmalıdır. Artıq hər kəsdən çox şey gözlənilir. İndi güclü insanlar zəif insanlara qayğı göstərməlidir."