Türkiyə "Covid-19"a qarşı peyvənd və dərmanla bağlı mühüm işlər görür

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkədə yeni tip korona virusuna (Covid-19) qarşı peyvənd və dərmanla bağlı mühüm işlər görüldüyünü və çox sürətli nəticə alınacağını söyləyib.

1389928
Türkiyə "Covid-19"a qarşı peyvənd və dərmanla bağlı mühüm işlər görür

 

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkədə yeni tip korona virusuna (Covid-19) qarşı peyvənd və dərmanla bağlı mühüm işlər görüldüyünü və çox sürətli nəticə alınacağını söyləyib.

  Paytaxt Ankarada "Covid-19” Türkiyə Platformasının koordinasiyası ilə reallaşdırılan Peyvənd və Dərman İnkişafetdirmə Virtual Konfransında etdiyi çıxışında nazir deyib:

  “Türkiyənin alt strukturları və alimləri korona virusuna qarşı birlikdə peyvənd və dərman inkişaf etdirməklə bağlı gərgin çalışır.

  "Covid-19” Platforması çərçivəsində kimyəvi və biotexnoloji metodların tətbiq ediləcəyi 7 peyvənd və 7 dərman layihələri mövcuddur. Ölkəmizdə peyvənd və dərman istehaslı və inkişafı ilə bağlı potensial və səlahiyyətlər var.  

  Peyvənd və dərman inkişafetdirmə layihələrinin təməl araşdırmalarına Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) başçılıq edir.

  “Covid-19”la əlaqədar ilk müzakirəmizi virus hələ 2 ay əvvəl Çində olduğu zaman etdik. Bu günə qədər nəticə yönümlü yanaşma izlədik və fərqli təcrübələri bir araya gətirdik. TÜBİTAK peyvənd və dərman araşdırma qruplarını yaratdı. Alimlərimiz çox qısa müddətdə öz layihələrini işə saldılar. Bu məqsədlə 24 universitet, 8 ictimai elmi-tədqiqat bölümü və 8 özəl sektor təşkilatının yüzlərlə tədqiqatçısı səylə çalışdı.

  Bundan sonrakı mərhələdə bütün nəticələr klinik sınaqların aparılması məqsədiylə Səhiyyə Nazirliyinə bağlı Türkiyə Səhiyyə İnstitutları Qurumu (TÜSEB) tərəfindən işlənəcək.”



Әlaqәli Xәbәrlәr