Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Təşkilatı - TENMAK quruldu

Enerji, mədən, iyonlaşdırıcı radiasiya, hissəcik sürətləndiriciləri və nüvə texnologiyası sahələrində fəaliyyət göstərmək üçün Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Təşkilatı - TENMAK quruldu.

1386769

  TENMAK Türkiyənin rəqabət gücünü artırmaq, möhkəmləndirmək, innovasiyadır ehtiyacını qarşılamaq, yeni məhsulların istehsalı, var olanların inkişafını təmin etmək, araşdırmaçılara elmi mühit yaratmaq, ictimai və xüsusi hüquqi şəxsləri iş birliyi içində elmi tədqiqatlara cəlb etmək, araşdırmaları əlaqələndirmək, təşviq etmək, elmi-texniki və inzibati işləri birgə görmək, nəzəriyyə və təcrübələri təşkil etmək, dəstəkləmək, həyata keçirmək və əlaqələndirmək məqsədilə Enerji və Təbii Sərvətlər Nazirliyinin bazasında yaradıldı.

  Türkiyə Atom Enerjisi Təşkilatı, Milli Bor Araşdırma İnstitutu və Nadir Torpaq Elementləri Araşdırma İnstitutu isə bağlanıldı. Qanunvericilikdə bağlanan qurum və institutların emli-texniki və inzibati bazaları TENMAK-ın tərkibinə daxil edildi. Bununla mərkəzi Ankarada yerləşən TENMAK ona birbaşa bağlı olan xidmət vahidlərindən ibarət oldu.

Әlaqәli Xәbәrlәr