Neptun planetinin ətrafında 139 yeni göy cismi kəşf edildi

Kəşflə bağlı ətraflı məlumat "The Astrophysical Journal Supplement Series" jurnalında dərc olunub.

1378509
Neptun planetinin ətrafında 139 yeni göy cismi kəşf edildi

 

  Astronomlar tərəfindən Günəş sistemində Neptun planetinin ətrafında 139 yeni göy cismi kəşf olundu.

  “Space.com”un xəbərinə görə, ABŞ-ın Pensilvaniya (Pennsylvania) Universitetinin alimləri yeni göy cisimlərini Qaranlıq Enerji Araşdırması (DES) layihəsi çərçivəsində 2013-2017-ci illər müşahidələrini araşdıraraq müəyyən ediblər.

  Yeni 139 göy cisminin Neptun orbitindən uzaqda, Günəşin ətrafında dönən, planet ya da kometa kateqoriyasına girməyən kütlələr olduğu bildirilib.

  Kəşflə bağlı ətraflı məlumat "The Astrophysical Journal Supplement Series" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr