Havaların isinməsilə korona virusunun yayılması azalacaq

Bu barədə Türkiyənin İnfeksiya Dərnəyinin rəhbəri, professor Alpay Azap məlumat verərək bildirib...

1374972
Havaların isinməsilə korona virusunun yayılması azalacaq

 

  Son zamanlar bütün dünyanı təşvişə salan yeni növ korona virusunun (COVİD-19) havaların isinməsi ilə nə cür dəyişəcəyi hamı üçün maraqlıdır.

  Bəzi mütəxəssislər xəstəliyin hava temperaturunun artması ilə yox olacağını bildirsələr də, bir çoxları bunu təkzib edir. Bu barədə Türkiyənin İnfeksiya Dərnəyinin rəhbəri, professor Alpay Azap məlumat verərək bildirib:

  “Bu virusun yaxın keçmişdə meydana çıxmış SARS infeksiyası kimi yox olması gözlənilməsə də, hava temperaturunun artması onun yayılma tempinin kəskin azalmasına təsir edəcək. Belə ki, yüksək temperaturda virusun sağqalma müddəti azalır və yoluxdurma qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşür.

  Xəstəliyin nəfəs yolu ilə insandan-insana ötürüldüyü artıq hamıya bəllidir. Bu, əsasən qapalı şəraitdə baş verir. Havaların isinməsilə insanların vaxtlarını daha çox açıq havada keçirmələri də mühüm rol oynayır.

  Havaların daha çox isti keçdiyi bölgələrdə xəstəliyin azalacağı yaxın günlərdə müşahidə ediləcək”.



Әlaqәli Xәbәrlәr