Korona virusunun olub-olmadığını 29 dəqiqəyə müəyyənləşdirən analiz dəsti

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası yeni tip korona virusunu (COVID-19) 29 dəqiqəyə müəyyən edən analiz dəstini təsdiqləyib.

1373934
Korona virusunun olub-olmadığını 29 dəqiqəyə müəyyənləşdirən analiz dəsti

 

  Çinli mütəxəssislər korona virusunun olub-olmadığını 29 dəqiqəyə müəyyənləşdirən analiz dəsti hazırlayıblar

  Çin Dövlət Tibbi Məhsullar Administrasiyası yeni tip korona virusunu (COVID-19) 29 dəqiqəyə müəyyən edən analiz dəstini təsdiqləyib.

  Siamen Universitetinin tədqiqat qrupunun hazırladığı analiz dəsti xəstəxanalarda korona virusuna yoluxma şübhəsi olan şəxslərin kliniki müayinəsi zamanı istifadə olunacaq. Artıq korona virusunun episentri olan Uxan şəhərindəki xəstəxanalarda analiz dəstlərinin kliniki sınaqları aparılıb.

  Qeyd edək ki, Çində yeni tip korona virusuna (COVID-2019) yoluxanların sayı 80 min 814, ölənlər isə 3 min 73 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, indiyədək 55 min 481 nəfər sağalaraq xəstəxananı tərk edib. Hazırda Çin üzrə 5489 xəstənin vəziyyəti ağırdır.

  Çindən başqa, 90-dan çox ölkədə 20 minə yaxın yoluxma, 360-dan yuxarı ölüm faktı qeydə alınıb.



Әlaqәli Xәbәrlәr