Xərçəng hüceyrələrinin bir dəfədə yüksək dozada şüalarla müalicə olunması mümkündür

Türkiyədə Ankara Şəhər Xəstəxanasında olan iki yeni cihazla şiş bir dəfədə yeridilən yüksək doza şüa ilə müalicə olunduqda, xərçəngli yerin ətrafındakı sağlam toxumalar qoruna bilir.

1370293

Səhiyyə Nazirliyi Ankara Şəhər Xəstəxanası Radiasiya Onkoloji İdarəetmə və Ankara Yıldırım Beyazıd universiteti tibb fakültəsi Radiasiya Onkoloji bölməsinin rəhbəri Prof.  Yılmaz Tezcan xərçəngin dünya miqyasında ən əhəmiyətli sağlamlıq problemlərinin başında yer aldığını xatırladıb.

Tezcan radiasiya onkologiyasının müalicənin planlaşdırılmasında mühüm yer tutduğunu vurğulayıb.

Ankara Şəhər Xəstəxanasında qabaqcıl texnologiya cihazları ilə şişləri sanki bıçaqla kəsdikləri kimi məhv etdiklərini ifadə etdi Tezcan "Xərçəng bölgəsi ətrafındakı sağlam toxumaları maksimum səviyyədə qorumaqla, bədənin ən həyati və həssas bölgələrinə yüksək dozada şüalar göndərərək şiş aradan qaldırıla və ya azalda bilər" deyib.

Әlaqәli Xәbәrlәr