Türkiyənin elmi qrupu Antarktikaya çatıb

4-cü Milli Antarktika elm səfərini reallaşdıran Türkiyənin elmi qrupu 15 min kilometrlik səyahətdən sonra ağ qitəyə çatıb.

1361672
Türkiyənin elmi qrupu Antarktikaya çatıb

4-cü Milli Antarktika elm səfərini reallaşdıran Türkiyənin elmi qrupu 15 min kilometrlik səyahətdən sonra ağ qitəyə çatıb.

Sənaye və texnologiya naziri Mustafa Varank Türkiyə komandasının səyahətilə bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşım edib.

Varank elmi komandanın müvəqqəti Türk elm düşərgəsinin yerləşdiyi Horseshoe adasında təxminən bir ay elmi araşdırmalar aparacağını söyləyib.

24 nəfərlik qrup yer elmləri, canlı elmlər və dəniz elmləri sahəsində cəmi 15 layihə üzərində işləyəcək.

Qeyd edək ki, Türkiyənin elmi qrupu fevralın 9-da yola düşüb.



Әlaqәli Xәbәrlәr