​ABŞ "Huawei"yə qarşı yeni ittiham irəli sürüb

ABŞ Ədliyyə Nazirliyi Çin telekommunikasiya şirkəti "Huawei" və onun ABŞ-dakı iki filialını ticarət sirrlərini oğurlamaq  məqsədiylə şantaj etməkdə ittiham edib.

​ABŞ "Huawei"yə qarşı yeni ittiham irəli sürüb

Nazirlikdən yayılan   açıqlamada  ABŞ, Avropa  İttifaqı və BMT-nin   sanksiyalarına baxmayaraq,  Huawei şirkəti  və   həmin   şirkətin  tərkibində  fəaliyyət  aparanların  İran və Şimali Koreya  ilə ticarətlərini davam etdirdiyinə,  bəzi   layihələrdə iştirak  etdiyinə   diqqət  çəkilib. 2009-cu ildə İrandakı etirazlar zamanı kəşfiyyat məqsədli nəzarət işində İran hökumətiylə  əməkdaşlıq  etməkdə    ittiham edilib. 

ABŞ Ticarət Nazirliyi  isə  Huawei-nin ABŞ şirkətləri ilə iş aparmağına  imkan verən müvəqqəti ümumi lisenziya üçün 45 gün əlavə   möhlət  verdiyini açıqlayıb.

Qeyd  edək  ki,  ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına aldığı səbəbiylə ölkə rəhbərliyi tərəfindən sanksiya tətbiq  edilən  şirkətə  19 Avqustda Ticarət Nazirliyi tərəfindən 3 aylıq müvəqqəti lisenziya verildi və sonra lisenziya 18 noyabr 2019-cu ildə daha  90 günə uzadıldı.



Әlaqәli Xәbәrlәr