Qatıq və suyu insanı nəyə qarşı qoruyur?

Hatay Mustafa Kamal Universiteti (MKÜ) tibb fakültəsinin tibbi mikrobiologiya bölümünün dekanı, professor Nizami Duran və elmi qrupu tərəfindən aparılan araşdırma müəyyən edib ki...

Qatıq və suyu insanı nəyə qarşı qoruyur?

 

  Hatay Mustafa Kamal Universiteti (MKÜ) tibb fakültəsinin tibbi mikrobiologiya bölümünün dekanı, professor Nizami Duran və elmi qrupu tərəfindən aparılan araşdırmada qatıq və suyunun qrip və ya soyuqdəyməyə qarşı qoruduğu təsbit edilib.  

  N.Duran etdiyi şərhdə qripdən əvvəl qorunmalarla bağlı əhəmiyyətli tapıntılar əldə etdiklərini söyləyərək deyib:

  “İçərisində çox sayda bakteriya olan qatıq və suyu üzərində çalışdıq. Heyvanlar üzərində təcrübələrdən çox təəccüblü nəticələr əldə etdik. İnfeksiyalardan qorunmanın ən əhəmiyyətli qolundan biri olan immunitet sistemini yaradan immunoglobulinlerdir, yəni anticisimlərdir.

  Apardığımız araşdırmada 2-10 qat arası qoruyucu anticisimlərin (qoruyucu mayelər) qatıq yeyən heyvanlarda yüksək olduğunu təsbit etdik. Bu, qatıqla bəslənən canlıların, qrip başda olmaqla, üst tənəffüs yolu infeksiyalarına qarşı 10 qata qədər daha yüksək nisbətdə qorunduğu mənasını verir.

  Qrip ciddi bir tənəffüs yolu xəstəliyidir. Əsasən mayalanmış 24 saatlıq qatıq və ya suyunu içmək, qrip başda olmaqla, bənzər tənəffüs yolu infeksiyalarından insanı qoruyur”.



Әlaqәli Xәbәrlәr