Yer kürəsini ağuşuna alan istilik təhlükəsilə bağlı açıqlama

NASA (Milli Havaçılıq və Kosmos Agentliyi) və NOAA (Milli Okean və Atmosfer İdarəsi) Yer səthində quru və dənizlərdən çıxan istilik miqdarı ilə bağlı əldə etdikləri məlumatları açıqlayıblar.

Yer kürəsini ağuşuna alan istilik təhlükəsilə bağlı açıqlama

 

  Amerika Birləşmiş Ştatlarının alimləri son 10 ilin indiyə qədər “dünyada ölçülən ən isti dövr” olduğunu söyləyiblər.

  NASA (Milli Havaçılıq və Kosmos Agentliyi) və NOAA (Milli Okean və Atmosfer İdarəsi) Yer səthində quru və dənizlərdən çıxan istilik miqdarı ilə bağlı əldə etdikləri məlumatları açıqlayıblar.

  Məlumata görə, 2010-2020-ci illər arasında dünyada orta hesabla istilik 14,7 dərəcə olaraq təsbit edilib. Bu rəqəm XX əsrdə istiliyin 0,8 dərəcə artması deməkdir.

  2019-cu ilin 140 il ərzində ikinci ən isti il olduğunu diqqətə çatdıran ailmlər onu da bildiriblər ki, meşə yanğınları, buzlaqların əriməsi, kəskin hava hadisələri insanların əməllərilə bağlı olduğu üçün 2020-ci ilin daha isti keçməsi təxmin edilir.

  NASA Qoddard Kosmos Araşdırmaları İnstitutunun direkroru Qevin Şmitd (Gavin Schmidt) ötən əsrin 60-cı illərindən bu yana hər 10 ilin bir əvvəlkindən daha isti keçdiyini söyləyərək: "Kömür, neft və qazın yandırılmasından qaynaqlanan, havaya isti qazların buraxılması ilə əlaqədar istilik ilbəil artacaq", - deyib.



Әlaqәli Xәbәrlәr