Milli döyüş təyyarəsinin istehsalında iştirak etməsi üçün Malayziya dəvət edildi

Türkiyə son dövrdə inkişaf etdirilən xüsusi hava platformlarının birgə istehsalı üçün Malayziyanı dəvət etdi.

Milli döyüş təyyarəsinin istehsalında iştirak etməsi üçün Malayziya dəvət edildi

Türkiyə son dövrdə inkişaf etdirilən xüsusi hava platformlarının birgə istehsalı üçün Malayziyanı dəvət etdi.

Türkiyənin Aviasiya (Havaçılıq) və Kosmos Sənaye AŞ-nın (TUSAS) baş direktoru Temel Kotil “Anadolu” xəbər agentliyinə açıqlama verib.

Yerli istehsal “Gökbey” ümumi təyinatlı helikopter demək olar ki, bütün coğrafiyalarda istifadə edilə bilən bir məhsuldur deyən Kotil bildirib:

"Gökbey” bir gün hər yerə gedəcək. Qazaxıstana da, Malayziyaya da da istehsal etməyi təklif etdik, Pakistana da  eləcə, dünyada bu sinifdə hazırlanan ən son helikopterdir. Bu helikopter dünyada ən çox satılanlar arasındadır. Ən son istehsal edildiyinə görə ön plana çıxır.”

Kotil Malayziyanı reaktiv təlim və “Hürjet” təyyarələri üçün dəvət etdiklərini bildirib.

"Hürjet”in çox yaxşı bir təyyarə olduğunu həm yüngül hücum təyyarəsi, həm də təlim təyyarəsi olduğunu, bunun da onların diqqətini çəlb etdiyini vurğulayan Kotil müsbət bir yanaşma gözlədiklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr