Günəş Kəşf Peyki ikinci dəfə Veneraya yaxın məsafədən keçdi

Amerika Birləşmiş Ştatları Aviasiya və Kosmik Agentliyinin (NASA) Parker Günəş Kəşf Peyki ikinci dəfə Veneraya ən yaxın məsafədən keçdi.

1330745
Günəş Kəşf Peyki ikinci dəfə Veneraya yaxın məsafədən keçdi

NASA-dan yayılan açıqlamada bildirilib ki, Peyk Günəş orbitindəki kəşf səyahətində istiqamətini müəyyən etmək üçün planetdən ikinci dəfə keçdi.

Üçüncü dövrəni günəş orbitində tamamlayan peyk dördüncü dövrəyə başlamaq üçün cazibə qüvvəsi manevrini aparmaq üzrə Veneraya 1870 mil (təxminən 3000 km) məsafədən keçdi. Paker Peyk yeddi illik kəşf səyahətində Günəşin orbitində 24 dövr vuracaq. Peyk günəş orbitindəki 4-cü dövrə 29 yanvar 2020-ci ildə başlayacaq.

12 avqust 2018-ci ildə kosmosa buraxılan peyk bu günə qədər Günəşə ən yaxın olan texnoloji cisim hesab edilir.

 



Әlaqәli Xәbәrlәr