Artıq bir başı başqa başın yerinə qoymaq mümkün olacaq
“Daily Mail”in xəbərinə görə

Mütəxəssislər dünyanın ilk baş nəqli əməliyyatının 10 ilə aparıla biləcəyini bildiriblər.
“Daily Mail”in xəbərinə görə, İngiltərə Hull Universitetinin Eskperimental Xəstəxanasından robot mütəxəssisi və beyin cərrahı Brüs Metyu (Bruce Mathew) kök hüceyrə və sinir əməliyyatı, eyni zamanda, beyin və onurğa iliyi transferinin edilə biləcəyini söyləyib.
“The Telegraph”a müsahibəsində B.Metyu deyib:
"Əgər beyin nəqlini edərkən bunu beyin iliyi ilə birlikdə götürsəniz, bu, əslində mümkündür. İliyi çıxara bilsəniz, beləcə, bütün beyni, iliyi və bel sütununu yeni bir bədənə yerləşdirə bilərsiniz.
Bundan əvvəl kadavralarda (meyit) baş nəqli gerçəkləşdirilib. Beyin ölümü olan keçinən meyitlərdə baş nəqli bir sonrakı mərhələdir. Əməliyyat əzələ distrofisi olan və orqanı alınmış xəstələrə kömək ola bilər, hətta insanları ölümdən geri döndərə bilər."
Qeyd edək ki, alimlər 2017-ci ildə kiçik bir siçanın başını daha böyük bir siçana yerləşdirərək dünyada ilk siçan başı transferini reallaşdırıblar. Fiziki əngəlli Valeri Spiridonov isə 2 il əvvəl dünyanın ilk baş nəqli əməliyyatı üçün könüllü olmuşdu.