Efiopiya ilk müşahidə peykini kosmosa buraxdı

Şərqi Afrika ölkəsi Efiopiya yerli və Çin mühəndisləri tərəfindən istehsal edilən ilk müşahidə peykini kosmosa buraxdı.

1326726
Efiopiya ilk müşahidə peykini kosmosa buraxdı

Efiopiya dövlət televiziyası ETV-in xəbərinə görə “ETRSS-1” adlı peyk Çindən kosmosa buraxıldı.

Peykın adına  yaradılan Twitter hesabında layihədə iştirak edən 5-i qadın, 21 mühəndisin fotoşəkilləri bölüşülüb.

Təxminən 70 kq olan peyk paytaxt Əddis-Əbəbədəki Entoto Rəsədxanasının bir qrup mühəndisi tərəfindən idarə ediləcək.

Kosmik Elm və Texnologiya İnstitutunun direktoru Süleyman Belay peykin kosmosa buraxılması ilə illik 12 milyon dollar olan görüntü xərcinin sona çatacağını bildirib.

Qeyd edək ki, büdçəsinin böyük hissəsini kənd təsərrüfatı və heyvandarlıqdan təmin edən ölkə, son illərdə qlobal iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün peykə zərurət duyur.

Qara Afrikada, Qana, Nigeriya, Cənubi Afrika və Ruanda kimi bir neçə ölkə kosmosda peykə sahibdir.



Әlaqәli Xәbәrlәr