Fiat Chrysler ilə  PSA qrupu birləşir

İtaliyanın məşhur avtomovil markası  "Fiat"ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkəti və Fransanın avtomobil brendi - "Peugeot"nun istehsalçısı "PSA Group" birləşmək barədə müqavilə imzalayıb.

1325440
Fiat Chrysler ilə  PSA qrupu birləşir

Bildirilib ki iki qrup  arasında  imzalanan  müqaviləyə əsasən şirkətlərin hər biri 50% paya malik olacaq.  Nəhəng    müəssisənin  yaranma  prosesinin   bir   ildə  tamamlanması  planlaşdırılır. 

Bu sövdələşmə iş adamlarına ildə 3,7 milyard avro vəsaitə qənaət etməyə, ildə 8,7 milyon ədəd avtomobil istehsal etməyə imkan verəcək. Yeni şirətin büdcəsi isə 170 milyard dollar təşkil edəcək ki, bu da dünya üzrə 4-cü yer deməkdir. 

 



Әlaqәli Xәbәrlәr