Elektrik enerjisi ilə işləyən təyyarə sınaq uçuşu etdi

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tamamilə elektrik enerjisi ilə işləyən təyyarə səmaya qalxıb.

1321519
Elektrik enerjisi ilə işləyən təyyarə sınaq uçuşu etdi

“Harbour Air Seaplanes” şirkəti təyyarənin sınaq uçuşuna dair mməlumat yayıb.

Bildirib ki, uçuş Şimali Amerikada ən böyük hidroplanların istehsalı üzrə aviaşirkət “Harbour Air”ın və “elektrik aviasiyası sahəsində inqilab" etmiş “MagniX” şirkətlərinin birgə fəaliyyəti nəticəsində mümkün olub. Hava maşını hələlik ticarət məqsədi ilə istismara buraxılıb.

Qeyd edək ki, sınaq uçuşu edən təyyarənin mühərriki 750 at gücünə malikdir.

Bildirilib ki, təyyarəni “Harbour Air” şirkətinin baş direktoru və banisi Qreq Makduqall idarə edib.

 

 



Әlaqәli Xәbәrlәr