ABŞ-da üç türk akamedik ixtiraçılar siyahısına daxil olub

ABŞ Milli İxtiraçılar Akamediyası  (NAI) tərəfindən dünyanın dörd bir yanından seçilən 168 akademik ixtiraçı arasında 3 Türk də yer alıb.

1318348
ABŞ-da üç türk akamedik ixtiraçılar siyahısına daxil olub

ABŞ Milli İxtiraçılar Akamediyası  (NAI) tərəfindən dünyanın dörd bir yanından seçilən 168 akademik ixtiraçı arasında 3 Türk də yer alıb.

Milli İxtiraçılar Akamediyası  (NAI) həyat keyfiyyəti, iqtisadi inkişaf və ictimaiyyətin rifahı mövzusunda fövqəladə ixtiraları olan ilin akademiklərini açıqlayıb.

Dünyanın dörd bir yanından seçilən 169 ixtiraçı akademik arasında fəaliyyətlərini ABŞ-da davam etdirən 3 Türk də yer alıb.

Corctoven universiteti tibb fakültəsi onkologiya bölməsində vəzifəli Prof. Dr. Aykut Ürən, Kaliforniya universiteti elektirik və bilgisayar mühəndisliyi kafedrasında işləyən Prof. Dr. Mihri Özkan və Massecüses xəstəxanasında direktor müavini dossent doktor Ebru Oral araşdırmalarına görə NAI 2019 akademiklər siyahısına salınıb.

Akademiyanın “Oscar”ı kimi tanınmış NAI siyahısına girən Ürən vaxtının böyük hissəsini xərçəng xəstəliyi araşdırmaları və tibbi fakültəsində dərs deməkdə keçirir. Ünər tələbələri tərəfindən dəfələrlə “ilin müəllimi” seçilərək Qızıl Alma mükafatını alıb.

19 ildir elektirik mühəndisi professoru olan Özkan isə yaşıl texnologiya və iqlim dəyişikliyi sahəsindəki fəaliyyətlərinə görə NAI siyahısına düşüb.

Dossent Oral isə son 15 il ərzində oynaq protezlərilə əlaqəli ixtiralarına görə NAI siyahısına daxil olub.



Әlaqәli Xәbәrlәr