Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına verdikləri töhfələrə dair müzakirələr aparılı

Azərbaycan İlahiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans öz işinə başlayıb.

Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına verdikləri töhfələrə dair müzakirələr aparılı
Bakü-2_n.jpg
Bakı-3_n.jpg

Noyabrın 29-da Azərbaycan İlahiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransın məqsədi türk-müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələri araşdırmaq, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma təşkil etməkdir.

Tədbirdə Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir, Kırıkkale Universitetinin rektoru, professor Ersan Aslan, professor Fuat Sezgin, İslam Elm Tarixi Araşdırmaları Fondunun rəhbəri Mecit Çetinkaya, Ahmet Yesevi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Musa Yıldız, Kırşehir Ahi Evran Universitetinin rektoru, professor Vatan Karakaya, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının və dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Konfrans “Antik yunan və Roma filosoflarının əsərlərinin İslam mütəfəkkirlərinin yetişməsində rolu”, “Müsəlman Şərqində elmin inkişafına “Qurani-Kərim”in və ərəb dilinin təsiri”, “Bəşər sivilizasiyasının inkişafında türk-müsəlman alimlərinin rolu”, “Müsəlman dünyasında elmin inkişafında kitabxanaların rolu”, “Türk-müsəlman alimlərinin elm və texnologiyaya töhfələri araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Dəqiq, təbiət və humanitar elmlərin inkişafında türk-müsəlman alimlərinin xidmətləri”, “Türk-müsəlman alimlərinin elmi və fəlsəfi əsərlərinin dünya dillərinə tərcüməsi”, “Müasir dövrdə elm və texnologiyanın inkişafında türkdilli dövlətlərin rolu: prioritetlər və gözləntilər” istiqamətlərini əhatə edir.

Qeyd edək ki, konfransın materialları kitab şəklində çap olunacaq.



Әlaqәli Xәbәrlәr