Türkiyәdә istehsal olan süni ürәk cihazı ABŞ-da tәqdim olundu

Türkiyədə istehsal olunan süni ürək cihazı Amerika Birlәşmiş Ştatlarında təşkil edilən vә  cərrahiyyә sahәsinin әn önәmli simpoziumlarından olan ‘‘Veith simpoziumun’’da 20-dən çox Türk həkimi tərəfindən tәqdim edilib.

Türkiyəli alimlər tərəfindən inkişaf etdirilən "Invamed" və "RD Global" markalı tibbi cihazlar bu il Nyu-Yorkda  46-cısı  keçirilәn və dünyanın müxtәlif ölkəsindən 4500 nəfərin qatıldığı ‘‘Veith simpoziumun’’da tәqdim olunub.

Türkiyə Sәhiyyә Federasiyasının prezidenti Rəşid Dinç  simpoziumda tәqdim olunan Türk cihazları haqqında açıqlamalar verib.

Türkiyədə istehsal edilәn  tibbi cihazların  simpoziuma öz damğasını vurduğunu deyәn Dinç bildirib ki, Türkiyə hər ötәn  gün daha önәmli addımlara imza atır. Hazırda  dünya Türkiyənin istehsal etdiyi süni ürək cihazını müzakirә edir.

Türkiyәdә çox әhәmiyyәtli tibbi cihazların istehsal edildiyini bildirәn Rәşid Dinç deyib: ''Bu gün Türkiyədə yerli vә milli imkanlarla istehsal olunan cihazlar 60-dan çox ölkəyə ixrac edilir. 2020-ci ildә  inşallah ABŞ-a da ixrac etmәyә başlayacağıq. Hazırda simpozium vasitəsilə 100-dən çox ölkənin nümayәndәsi bu cihazlarla tanış oldu ''.

Әlaqәli Xәbәrlәr