Yupiterin peyki “Europa”nın atmosferində su buxarı kəşf edildi

Alimlər Yupiterin peyki “Europa”nın atmosferində su buxarı olduğunu bildirdi.

1309065
Yupiterin peyki “Europa”nın atmosferində su buxarı kəşf edildi

Alimlər Yupiterin peyki “Europa”nın atmosferində su buxarı olduğunu bildirdi.

Amerikanın kosmik agentliyi NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin alimləri Havay ştatındakı W.M.Keck rəsədxanasının apardığı müşahidələrin nəticələrini "Nature Astronomy" jurnalında dərc ediblər. Spektroskop Kəşf Teleskopu ilə bölüşdülər.

İtalyan astronomu Lucas Paganininin rəhbərlik etdiyi tədqiqat qrupu 2016 və 2017-ci illərdə peykin atmosferində su buxarının izlərinin tapıldığını bildirib.

Tədqiqatçılar “Europa”nın atmosferdə su buxarının saniyədə 2 min 360 litr su  çıxara biləcək miqdarda olduğunu söyləyib.

Alimlər su buxarının mövcudluğunun planetdə maye suyun tapıla biləcəyinin bir əlaməti olaraq qiymətləndirirlər.

Su buxarının səthi qalın buz təbəqəsi ilə örtülmüş “Europa”nı qəhvəyi damarlar şəklində çəkən qeyzer çuxurlarından çıxdığı güman edilir.

Su buxarı peykin buzlaq qabığının aşağısında bir səthaltı okeanı ola biləcəyi nəzəriyyəsini dəstəkləyir.

Digər tərəfdən, su buxarının yerüstü buzun bəzi hissələrinin əriməsi və ya Yupiterin güclü radiasiya sahəsinin səthdən qopardığı buz parçalarının yayılması ilə əmələ gəlmiş  ola  biləcəyi də dəyərləndirilir.

Yupiterin 79 peykindən biri olan “Europa” 1610-cu ildə italyan astronomu Qalileo Qaliley (Galileo Galilei) tərəfindən kəşf edilib.



Әlaqәli Xәbәrlәr