“Xiaomi” özünün ilk smart-saatını təqdim etdi

İstehsalçının “Weibo” sosial şəbəkəsindəki səhifəsində yazılana görə...

“Xiaomi” özünün ilk smart-saatını təqdim etdi

 

  Çinin “Xiaomi” kompaniyası özünün ilk smart-saat modelini təqdim edib və onlara ilkin sifarişlər alıb.

  İstehsalçının “Weibo” sosial şəbəkəsindəki səhifəsində yazılana görə, saatlar 1,78 düymlük (təxminən 4,5 santimetr) sensorlu AMOLED ekranla təchiz olunub. Cihaza quraşdırılan 570 milliamper həcmli akkumulyator ona fasiləsiz olaraq 36 saat işləmək imkanı yaradır.

  Bir çox smartfon funksiyası daşıyan qurğudan zəng vurmaq, internetə qoşulmaq, NFC modulu ilə ödəniş etmək, həmçinin proqram yükləmək mümkündür. Bu funksiyalar müstəqil fəaliyyət göstərir və onu telefona qoşmaq vacib deyil.

  4G standartı ilə işləyən smart-saatın satışları noyabrın 11-dən başlayacaq. Qurğunun baza modelinin qiyməti 1299 yuan (təxminən 185 dollar), premium modelinin qiyməti isə 1999 yuan (təxminən 285 dollar) təşkil edəcək.



Әlaqәli Xәbәrlәr