Türkiyənin ilk qanadlı raketi Atmaca sınaq edildi

Türkiyənin ilk qanadlı raketi Atmaca, uğurla TCG Kınalıada gəmisindən atılaraq sınaq edildi. Atmaca 2020-ci ildə inventara daxil ediləcək.

Türkiyənin ilk qanadlı raketi Atmaca sınaq edildi

Atmaca uzun məsafəli, ən az iz buraxan və yüksək hədəfi məhv edəcək dəqiqliyi ilə müasir donanma platformalarında istifadəyə hazır, diqqətləri cəlb edəcək silah sistemləri arasında iştirak edəcək. Hər cür hava şəraitində istifadə edilə bilən Atmaca, qarşı tədbirlərə müqavimət göstərən, hədəf yeniləmə, yenidən hücum və missiyanın ləğvi imkanları və 3D yönləndirmə sayəsində sabit və hərəkətli hədəflərə qarşı məhv edici xüsusiyyətə sahibdir. Raket hədəfini yüksək dəqiqliklə tapmaq üçün aktiv radar axtaran istifadə edir. 200 km-dən çox məsafəyə sahib olan raket daha uzaqdakı hədəflər üçün də böyük təhdid hesab edilir.

Dəniz Donanması inventarında platformaları quraşdırılmaqda davam edən Atmaca, əvvəlcə MİLGEM (Milli gəmi) corvettesə inteqrasiya ediləcəkdir. Raket inventarda Amerika istehsalı Harpoon raketini əvəz edəcək. Atmaca sayǝsindǝ  ROKETSAN, gəmilərin vuruş gücünü meydana gətirəcək  sistemin tədarükçüsü olacaqdır.



Әlaqәli Xәbәrlәr