Çin orbitə yeni peyk göndərib

Bu barədə ''Şinxuaa'' agentliyi məlumat yayıb.

Çin orbitə yeni peyk göndərib

Çin Yerin müşahidəsi üçün orbitə “Gaofen-7” peykini buraxıb.

Bu barədə ''Şinxuaa'' agentliyi məlumat yayıb. Məlumata görə, peykin “Long March 4B” raketdaşıyıcısı ilə buraxılışı ölkənin şimalındakı  Tayyuan kosmodromundan həyata keçirilib.

Peyk xəritələrin hazırlanması, təbii ehtiyatların tədqiqatı, yaşayış məntəqələrinin layihələndirilməsi, ətraf mühitin qorunması və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.



Әlaqәli Xәbәrlәr