Pilotsuz kosmik gəmi ən uzun səfərindən Yer üzünə döndü

“Space.com” internet saytında yazılan xəbərə görə...

Pilotsuz kosmik gəmi ən uzun səfərindən Yer üzünə döndü

 

  Amerika Birləşmiş Ştatları Hava Qüvvələrinin pilotsuz kosmik gəmisi orbitdə 780 gün qaldıqdan sonra Yer üzünə döndü.

  “Space.com” internet saytında yazılan xəbərə görə, ABŞ Hava Qüvvələrinə aid "X-37B" pilotsuz kosmik gəmisi Floridadakı “Cape Canaveral” kosmos bazasına enib.

  “X-37B”nin bu beşinci uzun məsafəli səfəri pilotsuz kosmik gəmilərin etdiyi ən uzun səfər olaraq qeydiyyata düşüb.

  Qeyd edək ki, “SpaceX”in istehsalı olan “Falcon 9” raketiylə 7 sentyabr 2017-ci ildə kosmosa buraxılan “X-37B”nin 2 ili keçən səfərində araşdırma təcrübələri aparmaq üçün bir sıra kiçik peykləri orbitə daşımışdı.  



Әlaqәli Xәbәrlәr