Qatıq və yüksək lifli qidalar ağciyər xərçənginə tutulma riskini azaldır

ABŞ-ın Tennessi (Tennessee) ştatında yerləşən Vanderbilt Universiteti Tibb Mərkəzi mütəxəssislərinin apardığı araşdırma Amerika, Avropa və Asiyadan olan 1,4 milyon gəncin üzərində sınanıb...

Qatıq və yüksək lifli qidalar ağciyər xərçənginə tutulma riskini azaldır

 

  Qatıq və yüksək lifli qidalar ağciyər xərçənginə tutulma riskini azalda bilir.

  ABŞ-ın Tennessi (Tennessee) ştatında yerləşən Vanderbilt Universiteti Tibb Mərkəzi mütəxəssislərinin apardığı araşdırma Amerika, Avropa və Asiyadan olan 1,4 milyon gəncin üzərində sınandı: çox qatıq və lifli qida qəbul edənlərlə bunları az istifadə edənlər elmi yollarla müqayisə edildi. Məlum oldu ki, ağciyər xərçənginə tutulma riski qatıq və lifli qida qəbul edənlərdə 33 faiz azdır.

  Araşdırmada gündə bir kasa qatıq yeyənlərin ağciyər xərçənginə tutulma riskinin heç yeməyənlərdən 20 faiz az olduğu təsbit edildi.

  Lif nisbəti yüksək olan qidalar və qatıq ürək-damar xəstəlikləri və həzm sistemi xərçənglərinə qarşı da qoruyucu xüsusiyyətə malikdir.

  Elmi araşdırmanın nəticələri "JAMA Oncology" jurnalında dərc olıunub.



Әlaqәli Xәbәrlәr