NASA "21/Borisov" quyruqlu ulduzunun görüntülərini yayımladı

NASA-nın mütəxəssisləri hesab edir ki, bu, indiyə qədər bir kometanın qeydə alındığı ən aydın görüntüdür.

1289905
NASA "21/Borisov" quyruqlu ulduzunun görüntülərini yayımladı

 

  Amerika Birləşmiş Ştatları Aviasiya və Kosmos Agentliyi – NASA-nın “Hubble” kosmik teleskopu Günəş sisteminin xaricindən gələn "21/Borisov" quyruqlu ulduzunu (kometa) qeydə alıb.

  NASA kometanın 12 oktyabrda qeydə düşən 7 saatlıq görüntüsünün sürətləndirilmiş halını internet saytında yayıb. Videoda quyruqlu ulduzun nüvənin ətrafında sıx toz buludu və mavi qaz təbəqəsiylə əhatə olunduğu görünür.

  NASA-nın mütəxəssisləri hesab edir ki, bu, indiyə qədər bir kometanın qeydə alındığı ən aydın görüntüdür.

  Saatda təxminən 177 min kilometr sürətlə hərəkət edən quyruqlu ulduzun 7 dekabrda Günəşə yol alacağı, sonra hiperbolik fonda Günəş orbitini kəsərək 2020-ci ilin ortalarında sistemdən çıxacağı proqnozlaşdırılır.

  Krımlı həvəskar astronom və teleskop istehsalçısı Gennadi Borisov tərəfindən 30 avqustda kəşf edilən quyruqlu ulduz bu günə qədər Günəş sistemindən keçdiyi aşkar edilən ikinci kometadır. Bundan əvvəl - 2017-ci ildə kəşf edilən "Oumuamua" quyruqlu ulduzu Günəşi təxminən 38 milyon kilometr tangens keçdikdən sonra Günəş sistemindən ayrılmışdı.



Әlaqәli Xәbәrlәr