ABŞ və Rusiya alimləri Venerada

ABŞ və Rusiya alimləri Veneranın səthinə aparat endirmək üçün 5 uyğun yeri müəyyən ediblər.

ABŞ və Rusiya alimləri Venerada

 

  ABŞ və Rusiya alimlərindən ibarət “Venera-D” layihəsi üzərində işləyən işçi qrupun üzvləri Veneranın səthinə aparat endirmək üçün 5 uyğun yeri müəyyən ediblər. 

  TASS agentliyinin məlumatına görə, bundan sonra planetin Şimal yarımkürəsində kosmik zondun enməsi məqsədilə onların arasından bir yer seçiləcək.

  Qeyd olunub ki, enmə nöqtələrinin hamısı Veneranın Şimal yarımkürəsindəki yüksək enliklərində yerləşir. Alimlərin sözlərinə görə, planet fırlansa da, onun orbiti sabitdir. Həmin orbiti öyrənmək üçün ayrıca peyk olmadığından, yüksək enliklər seçilib. Ümumilikdə, “Venera-D” missiyasının əsas vəzifələrindən biri planetdə yerləşəcək uzunömürlü stansiyaları müşahidə etməkdir. Məsələn, NASA-nın müvafiq stansiyası Venerada 60 gündən 120 günədək fəaliyyət göstərəcək.

  Birgə işçi qrupunun iclasında Veneranın ətrafındakı bulud qatı da müzakirə olunub. Qeyd edilib ki, orada hər hansı mikroorqanizmlər ola bilər. Onları qeyd almaq üçün xüsusi elmi aparatların hazırlanması məsələsi də nəzərdən keçirilib. Alimlər təcrübə-konstruktor laboratoriyasının yaradılması üçün “Roskosmos”un cavabını gözləyirlər. Belə ki, amerikalı alimlərin hazırladığı eskiz layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaiti ayrılmalıdır. Razılaşmanın şərtlərinə görə, Rusiya enmə stansiyasının yaradılmasını, ABŞ isə onun lazımi aparat və avadanlıqlarla təmin edilməsini həyata keçirəcək. Missiyanın Venera planetinə göndərilməsi 2029-cu ilə nəzərdə tutulub. Onun həyata keçirilməsi üçün 1 milyard dollar vəsait tələb olunur.



Әlaqәli Xәbәrlәr