TEKNOFEST-dә 1 milyondan çox adam qatılıb

İstanbulda Türkiyənin ən böyük texnologiya tədbiri olan “TEKNOFEST” keçirilir.

TEKNOFEST-dә 1 milyondan çox adam qatılıb

 

İstanbulda Türkiyənin ən böyük texnologiya tədbiri olan “TEKNOFEST” keçirilir. Bu il tәdbiri bir milyondan çox adam ziyarәt edib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә ailәsi dә TEKNOFEST-ә qatılıb. Rәcәb Tayyib Әrdoğanı tәdbirdә  bәzi nazirlәr dә müşayiәt ediblәr.

Qeyd edәk ki, Türkiyә prezidenti dünәn şәxsi ‘‘Twitter’’ sәhifәsindәn türkiyәlilәrә müraciәt edәrәk onları TEKNOFEST-ә dәvәt etmişdi.

Türkiyə Texnologiya Komandası Vəqfi (T3 vəkfi) və Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən keçirilən tədbirdə ölkənin ən qabaqcıl qurum və şirkətləri təmsil olunur. Atatürk hava limanında başlayan festivalda hərbi və sivil qurumların stendləri yer alır.

Festival çərçivəsində müxtəlif mövzularda seminarların, tədbirlərin, konsert proqramlarının, yerə bağlı hava şarları ilə uçuşların keçirilməsi, paraşütlə tullanmalar nəzərdə tutulur. Bu il ilk dəfə Türk Havaçılıq və Aerokosmik Sənayesinin beşinci nəsil hərbi təyyarəsinin modeli də tamaşaçılara təqdim edilib.

Həmçinin “İnsanlığın xeyrinə texnologiya”, “Süni zəka”, “İnsansız sualtı sistemlər”, “Uçan maşın modelləri”, “Robotlaşdırılmış Fəth 1453” və digər mövzularda yarışmalar da keçirilir.

Tədbirin ən vacib hissəsini təşkil edən yarışmaların finallarında nailiyyət qazananlara ümumilikdə 3 milyon türk lirəsindən çox mükafatların verilməsi nəzərdə tutulur. Bu yarışlarda dünyanın bir çox ölkəsindən olan vətəndaşlar da iştirak edəcək.

Festival sentyabrın 22-dək(bu gün)  davam edəcək.



Әlaqәli Xәbәrlәr